Virtual iqtisadiyyat

Virtual iqtisadiyyat (həmçinin sintetik iqtisadiyyat) — davamlı virtual aləmlərdə görülən, adətən onlayn oyun daxilində virtual malların mübadiləsi nəticəsində yaranan inkişaf edən iqtisadiyyat. Bir qayda olaraq, istifadəçilər zərurətdən deyil, əyləncə və istirahət üçün virtual iqtisadiyyatda iştirak edirlər. Beləliklə, virtual iqtisadiyyatda adətən real iqtisadiyyatın oyunçular tərəfindən “əyləncəli” kimi qəbul edilməyən elementləri yoxdur (məsələn, virtual aləmdə personaj adətən yaşamaq üçün yemək almaq məcburiyyətində deyil və həmçinin təbii bioloji ehtiyaclar). Bununla belə, bəzi istifadəçilər “real” iqtisadiyyatda fayda əldə etmək üçün virtual iqtisadiyyatla qarşılıqlı əlaqədə olurlar.

“Virtual iqtisadiyyat” termini virtual valyutaya əsaslanan iqtisadiyyatı təsvir etmək üçün istifadə olunsa da, real dünyanın valyutası üçün virtual valyuta satışına da şamil edilə bilər.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search